[b]Azərbaycan çempionunun ev oyununun vaxtı bilindi[/b]
01.12.2017 - 01:15
[b]Azərbaycan çempionunun ev oyununun vaxtı bilindi[/b]

Kişi voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Portuqaliya təmsilçisi “Fonte Bastrado” ilə üz-üzə gələcək “Lokomotiv”in ilk matçının tarixi və  saatı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu rəqibini dekabrın 7-də qəbul edəcək.

 

Görüş saat 18:00-da başlayacaq.

 

Azor adalarında baş tutacaq cavab matçının tarixi və başlama saatı da artıq elan olunub. “Lokomotiv”in “Fonte Bastrado” ilə cavab görüşü dekabrın 20-də, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

0