[b]Dünya çempionatının püşkü atıldı: İtaliya Argentina ilə eyni qrupda[/b]
01.12.2017 - 09:20
[b]Dünya çempionatının püşkü atıldı: İtaliya Argentina ilə eyni qrupda[/b]

Kişi voleybolçular arasında dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın Florensiya şəhərində baş tutan mərasimdə 24 komanda 4 qrupa bölünüb.

 

Ev sahiblərindən İtaliya A, Bolqarıstan D qrupunda yer alıb. Püşkün nəticəsi belədi:

 

A qrupu (Roma və Florensiya, İtaliya): İtaliya, Argentina, Yaponiya, Belçika, Sloveniya, Dominikan Respublikası

B qrupu (Ruse, Bolqarıstan): Braziliya, Kanada, Fransa, Misir, Çin, Hollandiya

C qrupu (Bari, İtaliya): ABŞ, Rusiya, Serbiya, Avstraliya, Tunis, Kamerun

D qrupu (Varna, Bolqarıstan): Bolqarıstan, Polşa, İran, Kuba, Finlandiya, Puerto-Riko

 

Qeyd edək ki, mundial gələn il sentyabrın 10-30-da olacaq. 

0