[b]Yığmamızın hücumçusu “Fənərbaxça”nı ilk pilləyə yüksəltdi[/b]
02.12.2017 - 17:01
[b]Yığmamızın hücumçusu “Fənərbaxça”nı ilk pilləyə yüksəltdi[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Çanakkale Bld” klubunu qəbul edib.

 

Görüş “sarı-lacivərdlilər”in asan qələbəsi ilə başa çatıb – 3:0 (25:16, 25:21, 25:10). Rəhimova matçda 9 xal toplayıb.   

 

Bu qələbə sayəsində xalını 26-ya çatdıran “Fənərbaxça” müvəqqəti də olsa, ilk pilləyə yüksəlib. 

0