[b]Elxan Məmmədovdan geriyə addım[/b]
04.12.2017 - 15:07
[b]Elxan Məmmədovdan geriyə addım[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən siyahıda bir sıra dəyişikliklər olub.

 

Belə ki, Azərbaycan millisinin aparıcı üzvlərindən Orxan Səfərov (60 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 2-ci, 4-cü, 2-ci, 11-ci, 7-ci və 23-cü pillədədilər.

 

Bu cüdoçulardan fərqli, Vüqar Şirinli (60 kq) 3, Nicat Şıxəlizadə (66 kq), Tural Səfquliyev (90 kq) və Elxan Məmmədov (100 kq) hərəyə 1, İrina Kindzerska (+78 kq) 2 rəqibini özündən irəli buraxıb. Nəticədə idmançılarımız müvafiq olaraq, 30-cu, 7-ci, 17-ci, 4-cü və 7-ci yerə eniblər. 

0