[b]Püşk atıldı: Azərbaycan Portuqaliya və Ukrayna ilə eyni qrupda[/b]
05.12.2017 - 12:17
[b]Püşk atıldı: Azərbaycan Portuqaliya və Ukrayna ilə eyni qrupda[/b]

Qadın voleybolçular arasında Avropa Liqasının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 12 ölkənin mübarizə apardığı yarışda komandalar 3 qrupda qüvvəsini sınayacaq.

 

Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna ilə bir qrupda çıxış edəcək. Oyunlar mayın 20-dən iyunun 6-dək keçiriləcək. Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 15-16-da “Dördlər finalı”nda mübarizəni davam etdirəcəklər.

 

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri 2016-cı ildə analoji yarışın qalibi olduqdan sonra axırıncı turnirə qatılmayıblar. 

0