[b]“Roma” – “Qarabağ”: ehtimal heyətlər açıqlandı[/b]
05.12.2017 - 15:53
[b]“Roma” – “Qarabağ”: ehtimal heyətlər açıqlandı[/b]

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün sonuncu matçını keçirəcək. Apasport.az saytı xəbər verir ki, Ağdam klubu səfərdə “Roma” ilə qarşılaşacaq.

 

UEFA Bakı vaxtı ilə 23:45-də start götürəcək görüşdən öncə komandaların ehtimal “11-lik”lərini yazıb.

 

Həmkarlarımızın fikrincə, “Roma” “Qarabağ”a qarşı 4-3-3 taktiki sxemində oynayacaq. “Canavarlar”ın meydana bu heyətlə çıxacağı ehtimal edilir: Alisson, Alessandro Florenzi, Kostas Manolas, Federiko Fazio, Aleksandr Kolarov, Radja Nainqqolan, Daniele de Rossi, Kevin Strotman, Stefan Əl-Şaravi, Dieqo Perotti, Edin Dzeko.

 

UEFA “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun isə İtaliyada baş tutacaq görüşdə 4-2-3-1 taktiki sxeminə üstünlük verəcəyini düşünür. Həmkarlarımız Ağdam klubunun qapısını İbrahim Şehiçin qoruyacağını yazıblar. Müdafiənin mərkəzində Yakub Jezniçak və Elvin Yunuszadə, cinahlarda isə Maksim Medvedevlə Vild-Donald Gerryenin yer alacağı proqnozlaşdırılır. Müdafiə xəttinin önündə Qara Qarayev və Riçard Almeyda tandemi çıxış edəcək.

 

Hücumun sivri ucunda Dino Ndlovunun oynayacağını yazan UEFA onun arxasında Miçelin, yarımmüdafiənin cinahlarında isə Mahir Mədətovla Dani Kintananın yer alacağını proqnozlaşdırır.

 

Qeyd edək ki, “Roma” qrupdan çıxmaq uğrunda mübarizə apardığı halda, “Qarabağ” üçün bu görüş formal xarakter daşıyır.

0