[b]“Kəpəz” kubok matçının hazırlığına başladı[/b]
05.12.2017 - 16:48
[b]“Kəpəz” kubok matçının hazırlığına başladı[/b]

Azərbaycan Kubokunun ¼ final mərhələsində “Keşlə” ilə oynayacaq “Kəpəz” qarşıdakı görüşün hazırlıqlarına başlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda Bakıda məşq keçir.

 

“Sarı-göylər” Bakı Olimpiya Stadionunun yardımçı meydançasında hazırlaşırlar.

 

“Kəpəz”in sabaha olan məşqi eyni məkanda saat 11:00-a təyin olunub.  

0