[b]“Çelsi” qalib gəlib, lider oldu[/b]
05.12.2017 - 21:15
[b]“Çelsi” qalib gəlib, lider oldu[/b]

Bu gün UEFA Gənclər Liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, Çempionlar yolunda qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın qrupunda daha bir görüş baş tutub.

 

C qrupunun ikinci oyununda “Çelsi” “Atletiko”nu qəbul edib. Görüş londonluların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticə ilə xalını 15-ə yüksəldən “Çelsi” qrupu lider kimi tamamlayıb. Madrid təmsilçisi isə ikinci olub. “Atletiko” ilə eyni – 9 xal toplamış “Roma” üçüncü, 3 xalı olan “Qarabağ” isə sonuncu pillədə qalıb.

 

Qeyd edək ki, qrupun digər matçında “Qarabağ” səfərdə “Roma”ya uduzub – 0:3.

 

Gənclər Liqası

Çempionlar yolu, qrup mərhələsi

C qrupu, VI tur

5 dekabr

 

“Çelsi” – “Atletiko” – 4:2

Qollar: Sent Kleyr, 25 (pen.), Familio-Kastilyo, 30, 59, Makkornik, 43

 

Turnir cədvəli

 

1

Çelsi

6

5

0

1

17-7

15

2

Atletiko

6

3

0

3

12-11

9

3

Roma

6

3

0

3

11-6

9

4

Qarabağ

6

1

0

4

3-19

3

 

0