[b]Romada “Qarabağ” xareoqrafiyası[/b]
06.12.2017 - 00:19
[b]Romada “Qarabağ” xareoqrafiyası[/b]

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” səfərdə “Roma” ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, matçda Azərbaycan çempionunu az da olsa, fanat qrupu dəstəkləyir.

 

İtaliya paytaxtında komandamızı yalqız buraxmayan azarkeşlər ağdamlılara dəstək olmaq üçün xareoqrafiya da hazırlayıblar. Belə ki, fanatlar üçrəngli kartonlardan istifadə edərək tribunada Azərbaycan bayrağını əks etdiriblər. Bundan başqa onlar əllərində tutduğu iri ağ kağızlarda “QARABAĞ” yazısını (hər kağızda bir hərf olmaqla) nümayiş etdiriblər.

 

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda hesab açılmayıb.

0