[b]“Roma” – “Qarabağ” – 14:0[/b]
06.12.2017 - 02:04
[b]“Roma” – “Qarabağ” – 14:0[/b]

Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Roma” –  “Qarabağ” oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Romada baş tutan qarşılaşmanın göstəricilərini hesablayıb.

 

1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan qarşılaşmada hesabın əksinə olaraq, əksər göstəricilərdə rəqib komanda çempionumuzu üstələyib. Yalnız oyundan kənar vəziyyətlərdə və sarı vərəqələrdə “Qarabağ” “fərqlənib”.

 

“Qarabağ” qapıya tərəf ümumilikdə 3 zərbə endiribsə, bunun sadəcə 1-i çərçivəyə yönəlib. Bu zaman italiyalıların qapıçısı uğurlu çıxış edib. Digər 2 zərbə isə qapıdan kənara gedib.

 

Rəqibdə isə bu göstərici 19-a bərabərdi. Çərçivəyə gedən 8 zərbədən 1-i qol olub. Qapıçımız 3 epizodda xilasedici rolunda çıxış edib. Daha 8 zərbə isə “çərçivə”dən kənara gedib.

 

Künc zərbələrinin sayında “Roma”nın fantastik üstünlüyü var – 14:0.

 

 

Roma

 

Qarabağ

1

Qollar

0

19

Zərbələr

3

8

Çərçivəyə zərbələr

1

8

Çərçivəyə düşməyən zərbələr

2

3

Dəf olunan zərbələr

0

1

Qapıçı qurtarışları

3

14

Künc zərbələri

0

4

Oyundankənar vəziyyət

5

0

Tirə, dirəyə dəyən zərbələr

0

1

Sarı vərəqə

4

0

Qırmızı vərəqə

0

4

Qayda pozuntusu

9

 

0