[b]“Roma” elə “Roma"dır!” – FOTO[/b]
06.12.2017 - 02:52
[b]“Roma” elə “Roma"dır!” – FOTO[/b]

“Roma” ilə oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov apasport.az saytının əməkdaşının da suallarını cavabıandırıb.

 

- Matç necə keçdi?

- Çempionlar Liqasındakı son oyunumuz olduğunu bilirdik və yaxşı nəticə ilə qayıtmaq istəyirdik. Məğlubiyyətə baxmayaraq, pis mübarizə aparmadıq. Amma “Roma” elə “Romadır! Elə oyunçuları var ki, əlinə düşən ən xırda şansı da boşa vermirlər. Bu oyunu unudub qarşıdakı matçlara köklənməliyik.

 

- Qrup mərhələsindəki ümumi çıxışınızı necə dəyərləndirirsən?

- Ümumi götürəndə yaxşı nəticə hesab eləmək olar. Avropanın nəhəng komandaları ilə qarşılaşdıq. “Atletiko” kimi komandadan xallar ala bildik. Yaxşı çıxış etdik.

 

- Oyundan sonra kimlə forma dəyişdin?

- Mənə elə şey maraqlı deyil. Heç vaxt kiminləsə forma dəyişmirəm.

0