[b]Löv zirvəni yenidən ələ keçirdi[/b]
06.12.2017 - 10:05
[b]Löv zirvəni yenidən ələ keçirdi[/b]

2017-ci ilin ən güclü yığma məşqçisinin də adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğuda Almaniya millisinin çalışdırıcısı Yoahim Löv birinci olub.

 

Qurumun internet saytında aparılan, jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda Löv 299 xal toplayıb. Braziliya yığmasının baş məşqçisi Tite 125 xalla ikinci, İspaniya millisinin “sükanı arxası”nda qərarlaşan Julen Lopeteqi isə 62 xalla üçüncü pillədə qərarlaşıb.

 

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev ilk 2 pillənin sahibini düzgün proqnozlaşdırıb. Onun üçüncü yerə layiq gördüyü Heymir Hallqrimsson (İslandiya) isə 13-cü olub.

 

Qeyd edək ki, Yoahim Löv qurumun 2014-cü ildə keçirdiyi sorğuda da bütün rəqiblərini qabaqlamışdı.

 

1. Yoahim Löv (Almaniya) - 299 xal

2. Tite (Braziliya) - 125 xal

3. Julen Lopeteqi (İspaniya) - 62

4. Fernando Santos (Portuqaliya) - 50

5-6. Didye Deşam (Fransa) - 28

5-6. Roberto Martines (Belçika) - 28

7. Karlos Keyruş (İran) - 26

8. Ektor Kuper (Misir) - 24

9. Xuan Antonio Pizzi (Çili) - 16

10. Uqo Broos (Kamerun) - 11

11-12. Vahid Halilhodziç (Yaponiya) - 8

11-12. Xose Pekerman (Kolumbiya) - 8

13. Heymir Hallqrimsson (İslandiya) - 7

14. Janne Andersson (İsveç) - 5

15. Oskar Tabares (Uruqvay) - 4

16. Bert van Marveyk (Səudiyyə Ərəbistanı) - 3

17-18. Xuan Karlos Osorio (Meksika) - 1

17-18. Herve Renar (Mərakeş) - 1 

0