[b]“Qarabağ” sərt oyun göstərdi” - Radja Nainqqolan[/b]
06.12.2017 - 11:30
[b]“Qarabağ” sərt oyun göstərdi” - Radja Nainqqolan[/b]

“Olduqca çətin oyundan sərfəli nəticə ilə ayrıldıq. Çünki rəqib bütünlüklə müdafiəyə çəkilmişdi”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın yarımmüdafiəçisi Radja Nainqqolan deyib.

 

İtaliya klubu Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı minimal hesabla (1:0) məğlub edərək, adını 1/8 finala yazdırıb. Qarşılaşma ilə bağlı klubun rəsmi saytına danışan Nainqqolan çətin qələbə qazandıqlarını bildirib.

 

Belçika millisinin üzvü qrupu birinci pillədə başa vurmağa layiq olduqlarını əlavə edib: “Biz növbəti mərhələyə vəsiqə qazanmağa layiq idik. Digər matçın nəticəsini gözləmədik. Qrupu birinci pillədə başa vurduq. Bu, böyük uğurdu. Artıq bütün diqqətimizi çempionata yönəltməliyik. Xoşbəxtik, ancaq çempionatda mübarizəmizi davam etdirməliyik. Hər oyunu yüksək səviyyədə keçirmək olar. Bunu hətta zəif futbol ölkələrinin təmsilçilərinə qarşı da göstərməliyik. “Qarabağ”ı məğlub etməyin yolunu tapmalıydıq. Onlar sərt oyun göstərdilər ki, bu da işimizi çətinləşdirdi. Ancaq səbrlə gözlədik və öz üslubumuza sona qədər güvəndik. Düzgün oyun sərgilədik. Əsas odu ki, pley-off mərhələsinə vəsiqə əldə etdik. Ötən mövsümün sonunda bir neçə futbolçumuzu itirdik. Bu səbəbdən də çox az adam Çempionlar Liqasında və ölkə çempionatında uğurlu çıxışımızı gözləyirdi. Ancaq hər iki turnirdə özümüzü yaxşı tərəfdən göstərə bildik. Azarkeşlərimiz yenə bizə yaxın oldular və uğurlu nəticə qazandıq. Bu, əla hisslərdi”.

 

Qeyd edək ki, C qrupunda “Roma” 1-ci, “Çelsi” isə 2-ci yerlə 1/8 finala adlayıb. “Atletiko” Avropa Liqasına yollanıbsa, “Qarabağ” qrup sonuncusu kimi mübarizəni dayandırıb.

0