[b]Azərbaycan Rusiyanın Olimpiadadan kənarlaşdırılmasına münasibət bildirdi[/b]
06.12.2017 - 12:10
[b]Azərbaycan Rusiyanın Olimpiadadan kənarlaşdırılmasına münasibət bildirdi[/b]

“Bu qərara nəcə yanaşa bilərəm? Pis”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

 

Rusiya mətbuatına açıqlama verən İsmayılov şimal qonşularımızın Pxençxan-2018-dən kənarlaşdırılmasına münasibət bildirib. Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin ruslarla bağlı çıxardığı qərar Olimpiadanın nüfuzuna mənfi təsir edəcək: “Siz ümumiyyətlə, Olimpiadanı rusiyalı idmançılarsız təsəvvür edirsizmi? Düşünürəm ki, belə Oyunlar maraqlı olmayacaq. Ümumiyyətlə isə Olimpiada maraqsız və mümkünsüz keçəcək”. 

0