[b]“Bu turnir hər iki komanda üçün əla sınaq oldu” – Joze Alesio[/b]
06.12.2017 - 12:29
[b]“Bu turnir hər iki komanda üçün əla sınaq oldu” – Joze Alesio[/b]

“Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

 

Braziliyalı mütəxəssis İranda keçirilən “4 Top Nations” turnirinin son turunun Qazaxıstanla 3:3 hesablı heç-heçə başa çatan görüşü haqda fikirlərini açıqlayıb: “Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdür. Yaxşı və maraqlı oyun alındı. Bu turnir hər iki komanda üçün əla sınaq oldu. Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, yığmamız turniri 3-cü pillədə başa vurub.

0