[b]Küveyt yenidən dünya futbol ailəsinə qoşuldu[/b]
06.12.2017 - 16:53
[b]Küveyt yenidən dünya futbol ailəsinə qoşuldu[/b]

Küveyt Futbol Federasiyasının FİFA-ya üzvlüyü bərpa olunub. Apasport.az saytı xəbər verir ki, bu barədə qərar Asiya ölkəsinin futbol federasiyasının fəaliyyətinin yoxlanmasından sonra qəbul olunub.

 

Küveyt Futbol Federasiyası ölkə rəhbərliyinin qurumun işinə müdaxiləsi üzündən belə ağır cəzaya məruz qalmışdı.

 

Bu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Küveytin Olimpiya Komitəsinə analoji cəzanı tətbiq etməsindən sonra gerçəkləşmişdi.

0