[b]7 oyunluq Çexiya macərası[/b]
06.12.2017 - 17:43
[b]7 oyunluq Çexiya macərası[/b]

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin Çexiyanın “Mlada Boleslav” klubundakı karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı qolkiper sonuncu komandasında cəmi 7 oyun duruş gətirib.

 

Bu ilin avqustunda “Mlada Boleslav”a keçən qapıçı 4 ayda 5 çempionat və 2 kubok görüşündə meydana çıxıb.

 

Avqustun 27-də “Slaviya” ilə Praqadakı səfər matçında debüt edən həmyerlimiz ilk matçda 4 qol buraxıb və komandasının 0:4 hesablı məğlubiyyətə üzülüb. Ümumiyyətlə isə çempionatdakı 5 qarşılaşmada keçirdiyi 435 dəqiqədə 10 top buraxan qolkiper bir görüşdə ikinci sarı vərəqə aldığı üçün meydandan da qovulub.

 

2 kubok matçında oynadığı 180 dəqiqədə 2 top buraxan Kamran vərəqə görməyib.

 

Noyabrın 24-də “Dukla” ilə səfər matçı isə qolkiper üçün sonuncu olub. Praqada başlayan Çexiya karyerası elə həmin şəhərdə də başa çatıb. Ağayev bu dəfə fə qapısından 4 qol buraxıb – 1:4.

0