[b]“Atletiko” 30 milyon avroluq itki ilə üzləşdi[/b]
06.12.2017 - 18:13
[b]“Atletiko” 30 milyon avroluq itki ilə üzləşdi[/b]

“Atletiko” bir neçə futbolçusu ilə vidalaşa bilər. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, buna Madrid klubunun Çempionlar Liqası (ÇL) ilə erkən vidalaşması səbəb göstərilir.

 

İtkiləri kompensasiya etmək istəyən ispanlar çıxış yolunu bəzi futbolçularla yolların ayrılmasında görürlər. Madridlilər ÇL-dən erkən vidalaşmaqla 30 milyon avro itiriblər. Klub bu məbləği yanvarda oyunçu satışı ilə qarşılamaq niyyətindədi.

 

“Atletiko” çıxışını Avropa Liqasında davam etdirəcək.

 

Qeyd edək ki, madridlilər ÇL-də “Qarabağ”la eyni qrupda mübarizə aparıblar.

 

0