[b]Ronaldo tarixə düşdü[/b]
07.12.2017 - 00:14
[b]Ronaldo tarixə düşdü[/b]

Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda “Borussiya” ilə qarşılaşan “Real”ın oyunçusu Kristiano Ronaldo tarixə düşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu bunu matçda “kral klubu”nun ikinci qolunu vurmaqla bacarıb.

 

Qarşılaşmanın 13-cü dəqiqəsində dortmundluların qapıçısını məyus edən Ronaldo bununla da Çempionlar Liqası tarixində qrup mərhələsinin 6 oyununda da qol vuran ilk oyunçu olub.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda “Real” 2:0 hesabı ilə öndədi.

0