SİZİN REKLAM BURADA

“...hər birimiz Argentina yığmasından itməliyik” - Messi

Argentina yığmasının futbolçusu Lionel Messi maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, “TyC Sports”a danışan “Barselona”nın üzvü yayda millli karyerasını bitirmək variantının olduğunu gizlətməyib.

 

Messi bildirib ki, yığma üzvlərinin daha səhv etməyə, zəif nəticə göstərməyə haqqı yoxdu. O, DÇ-2018-ə böyük çətinliklə vəsiqə qazanan Argentinanın mundialda çempionluq sevinci yaşamağa borclu olduğunu deyib: “İnsanlar bu futbolçuların millini tərk etməyini gözləyirlər. Uzun illərdi ki, hazırkı heyət mükafat qazana bilmir. Tənqid edənlər yığmada eyni simaları görməkdən beziblər. Əgər dünya çempionatında da işlərimiz pis getsə, hər birimiz Argentina yığmasından itməliyik. Uğursuzluq qeydə alınacağı təqdirdə, çətin ki, bizdən kimsə millidə qalsın. Belə də olmalıdı. Çünki uzun müddətdi bir yerdə çıxış edirik və mundialda yaxşı nəticə göstərməyə borcluyuq”.

 

Qeyd edək ki, 2005-ci ildən Argentina yığmasının şərəfini qoruyan Lionel Messi 123 oyunda 61 qola imza atıb. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10