[b]“Qrupda 2 rəqibimiz var idi” – Ramon Monçi[/b]
07.12.2017 - 11:02
[b]“Qrupda 2 rəqibimiz var idi” – Ramon Monçi[/b]

“Dekabrın 5-i Roma tarixində yaddaqalan gün olacaq. Çox məmnunuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Roma”nın futbol direktoru Ramon Monçi deyib.

 

Çempionlar Liqasının son turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan İtaliya klubu C qrupunu birinci yerdə başa vurub.

 

Matçla bağlı klubun rəsmi saytına danışan Monçi buna layiq olduqlarını söyləyib: “Bu nəticəyə görə, çox sevinirik. Çünki olduqca çətin qrupa düşmüşdük. Bu qrupda 2 rəqibimiz var idi. Həm “Çelsi”, həm də “Atletiko” çox güclü komandalardı. Ancaq getdikcə bacarığımızı göstərməyə başladıq və yekunda qrupu zirvədə bitirməyə layiq olduğumuzu düşünürəm”.

 

“Canavarlar”ın rəsmisi Çempionlar Liqasındakı hədəflərindən də söz açıb: “Hansı uğuru əldə edəcəyimizi bilmirəm. Ancaq hesab edirəm ki, oyunumuzu getdikcə yaxşılaşdırırıq. Heyətimizə inamımız tamdı. Bu komanda ilə mümkün qədər irəliləmək istəyirik. Bunun üçün hamımız birlikdə çalışırıq”.

 

Monçi yeni stadiona köçdükdən sonra daha böyük klub olacaqlarını düşünür: “Öz stadionumuz olacağı üçün çox sevinirik. Bu, klubun inkişafına böyük təkan verəcək. Artıq 8 aydı ki, bu komandada çalışıram. Demək olar ki, hər gün iş başındayam. Hələ də üzərində çalışmalı olduğum məsələlər çoxdu. Hələ də 100 faizli “Roma”lı olduğumu düşünmürəm. Amma gün keçdikcə bu sevgi və ehtiram artır və öyrənirəm”.

0