[b]Yığmamızın mundialdakı oyunlarının təqvimi açıqlandı[/b]
07.12.2017 - 11:40
[b]Yığmamızın mundialdakı oyunlarının təqvimi açıqlandı[/b]

2018-ci ildə Yaponiyada qadın voleybolçular arasında keçiriləcək dünya çempionatının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, C qrupunda mübarizə aparacaq Azərbaycan yığması mundiala ABŞ millisi ilə oyunla başlayacaq.

 

Faiq Qarayevin yetirmələri ardınca Cənubi Koreya voleybolçularını sınağa çəkəcəklər. III turda rəqibimiz Rusiya olacaq. Son 2 görüşdə isə müvafiq olaraq, Trinidad və Tobaqo və Tailand olacaq.

 

Komandamızın yer aldığı C qrupunun qarşılaşmaları isə Kobedə 6000 tamaşaçı tutumuna malik “Qrin Arena”da baş tutacaq.

 

C qrupu

29 sentyabr

I tur

Azərbaycan – ABŞ

Cənubi Koreya – Tailand

Rusiya – Trinidad və Tobaqo

 

30 sentyabr

II tur

ABŞ - Trinidad və Tobaqo

Tailand – Rusiya

Azərbaycan – Cənubi Koreya

 

2 oktyabr

III tur

Cənubi Koreya – ABŞ

Rusiya – Azərbaycan

Trinidad və Tobaqo – Tailand

 

3 oktyabr

IV tur

ABŞ - Tailand

Azərbaycan – Trinidad və Tobaqo

Cənubi Koreya – Rusiya

 

4 oktyabr

V tur

Rusiya - ABŞ

Trinidad və Tobaqo – Cənubi Koreya

Tailand - Azərbaycan

 

Qeyd edək ki, qrupda ilk “dördlük”də yer alacaq millilər II mərhələyə yüksələcək. Dünya çempionatının qalibinin adına isə oktyabrın 20-də aydınlıq gələcək.

 

 

0