[b]Qrup üçüncüləri səbətlərə bölündü[/b]
07.12.2017 - 12:53
[b]Qrup üçüncüləri səbətlərə bölündü[/b]

Çempionlar Liqasından Avropa Liqasına keçən klubların püşkatma zamanı yer alacaqları səbətlər bəlli olub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüsü olan 8 komandadan yarısı səpələnmiş, yarısı səpələnməmişlər sırasında qərarlaşacaq.

 

UEFA bu bölgünü klubların qrupdakı nəticələrini əsas götürüb. Düzdü, əvvəllər klubların UEFA reytinqi nəzərə alınırdı. Amma artıq 8 komanda qrupdakı göstəricilərinə əsasən müqayisə olunur.

 

Bu bölgü ilə qrupda 9 xal yığan MOİK (Rusiya), 7 xal toplayanlar “Atletiko” (İspaniya), “Leypsiq” (Almaniya) və “Sportinq” (Portuqaliya) səpələnmişlərdən olacaq. Avropa Liqasının 12 qrup qalibi də bu komandalarla eyni səbətə düşür.

 

Çempionlar Liqasını 6 xalla tamamlayan “Spartak” (Rusiya), “Napoli” (İtaliya), 3 xallı “Seltik” (Şotlandiya) və cəmi 2 xalla 3-cü olan “Borussiya” (Dortmund, Almaniya) səpələnməmişlərdən olacaq. Onlar Avropa Liqasının qrup ikinciləri ilə eyni səbətdə ye alacaq.

0