SİZİN REKLAM BURADA

“Qarabağ” reytinq siyahısında gerilədi

Çempionlar Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda Avropanın 442 komandası yer alıb.

 

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam təmsilçisi Çempionlar Liqasındakı son matçında “Roma”ya 0:1 hesabı ilə uduzduqdan sonra 1 pillə geriləyib.

 

Hesabında 20,500 xal olan Qurban Qurbanovun yetirmələri artıq 67-cı yerə şərikdi. Təmsilçimiz Belarus BATE-si ilə eyni göstəriciyə malikdi.

 

“Qarabağ”ın geriləməsinin səbəbkarı isə Hollandiya “Feyenoord”udu. Rotterdam təmsilçisi öz meydanında “Napoli”ni 2:1 hesabı ilə məğlub edib. Nəticədə aktivinə 2 xal yazan hollandiyalılar hesabını 21,500-ə çatdırıb. Onlar Təl-Əviv “Makkabi”si və Vyana “Rapid”inə şərik olub.

 

67-68-ci yerləri bölüşən “Qarabağ” ilk “100-lük”dədisə, digər komandalarımız xeyli geridə qalıb. Ağdam klubu kimi öz əmsalına malik olan “Qəbələ”nin aktivində 5,250 xal var. “Voyvodina” ilə eyni xala malik təmsilçimiz 191-ci pillədə qərarlaşıb. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşür.

 

Qeyd edək ki, ilk “onluq”da da dəyişiklik olub. Bura daxil olan “Porto” “Çelsi”ni ən yaxşılar sırasından kənarlaşdırıb.
 

İlk “onluq”

1. “Real” – 148,000

2. “Barselona” – 126,000

3. “Bavariya” – 125,000

4. “Atletiko” – 122,000

5. “Yuventus” – 120,000

6. PSJ – 109,000

7. “Sevilya” – 108,000

8. “Mançester Siti” – 97,000

9-10. “Borussiya” D – 85,000

“Porto” – 85,000

 

Azərbaycan klubları

67. “Qarabağ” – 20,500

191. “Qəbələ” – 5,250

244. “Neftçi” - 3,825

244. “Keşlə” - 3,825

244. “Zirə” - 3,825

244. “Kəpəz” - 3,825

244. “Xəzər Lənkəran” - 3,825

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10