[b]Gənclər Liqasında 24 xoşbəxt müəyyənləşdi[/b]
07.12.2017 - 13:31
[b]Gənclər Liqasında 24 xoşbəxt müəyyənləşdi[/b]

Gənclər Liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, növbəti mərhələyə vəsiqə qazanan komandalar müəyyənləşib.

 

Qeydə alınan nəticələrdən sonra qrup qalibləri olan “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Bazel” (İsveçrə), “Bavariya” (Almaniya), “Barselona” (İspaniya) və “Porto” (Portuqaliya) adlarını birbaşa 1/8 final mərhələsinə yazdırıblar.

 

PSJ, “Monako” (hər ikisi Fransa), “Atletiko”, “Real” (hər ikisi İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Spartak” (Moskva, Rusiya) və “Feyenoord” (Hollandiya) isə öz qruplarında ikinci yeri tutaraq, pley-offda oynamaq hüququ qazanıblar. Bu komandalar 1/8 finala vəsiqə uğrunda Çempionlar yolundan gələnlərlə mübarizə aparacaqlar.

 

Qeyd edək ki, C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandası 3 xalla sonuncu yeri tutub.

0