[b]Messi 3-cü dəfə hamını qabaqladı[/b]
07.12.2017 - 15:50
[b]Messi 3-cü dəfə hamını qabaqladı[/b]

Avropada geridə qalan mövsümün ən məhsuldar futbolçuları açıqlanıb. Apasport.az-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən məlumatına görə, futbolçuların yalnız ölkə çempionatında vurduqları qollar nəzərə alınıb.

 

Sıyahıda 1-ci yeri “Barselona”nın lideri Lionel Messi tutub. O, buna La Liqada vurduğu 37 qolla nail olub. PSJ-nin hücumçusu Edinson Kavani 2-ci, “Sportinq”in qol “maşını” Bas Dost isə 3-cü yerdə qərarlaşıb.

 

2012 və 2013-cü illərdə də zirvədə qərarlaşan Lionel Messi bununla 3-cü dəfə qitənin ən çox qol vuran oyunçusu olub.

 

İlk “10-luq”

1. Lionel Messi (“Barselona”) – 37 qol

2. Edison Kavani (PSJ) - 35

3. Bas Dost (“Sportinq”) - 34

4. Pyerr-Emerik Obameyanq (“Borussiya”, Dortmund) - 31

5. Robert Levandovski (“Bavariya”) - 30

6. Luis Suares (“Barselona”) - 29

6. Harri Keyn (“Tottenhem”) - 29

6. Edin Dzeko (“Roma”) - 29

9. Aleksandr Lakazett (“Lion”) - 28

9. Dris Mertens (“Napoli”) - 28

 

0