SİZİN REKLAM BURADA

Luis Enrike PSJ yolunda

PSJ-nin baş məşqçisi Unai Emeri mövsümün sonunda postunu tərk edə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi ispaniyalı mütəxəssislə müqavilə müddətini yeniləməkdə maraqlı deyil.

 

Belə ki, prezident Naser əl-Xelaifi paytaxt təmsilçisinin oyun üslubundan məmnun deyil. Çempionlar Liqasının qrup mərhələsində “Bavariya”ya (1:3) məğlubiyyətdən sonra əl-Xelaifi axtarışlara başlayıb.

 

Bu posta namizədlər arasında “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, onun “Çelsi”dəki həmyerlisi Antonio Konte, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone və “Mançester Yunayted”in “sükanı arxası”nda olan Joze Mourinyo da var.

 

Lakin klub prezidenti üçün “Barselona”nın keçmiş çalışdırıcısı Luis Enrike bir nömrəli namizəddi. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10