[b]“Messi ilə mübarizəmiz hələ davam edəcək” - FOTO[/b]
08.12.2017 - 01:20
[b]“Messi ilə mübarizəmiz hələ davam edəcək” - FOTO[/b]

“France Football” nəşrinin təqdim etdiyi “Qızıl Top” mükafatının builki qalibi Kristiano Ronaldo olub. İlin ən yaxşı oyunçusuna verilən mükafata 5-ci dəfə sahib çıxan portuqaliyalı bununla da karyerasında 5-ci dəfə bu uğura imza ataraq Lionel Messiyə çatıb.

 

“Real”ın super ulduzu fikirlərini bölüşüb: “Bu, fantastik bir andı. İllərdi ki, bu anı gözləyirdim. Geridə qalan il mənim üçün möhtəşəm alındı. Komandamla İspaniya çempionluğunu və Çempionlar Liqasını qazandıq. Özüm də qitənin ən nüfuzlu klub turnirində bombardir oldum. Bütün komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm”.

 

Ronaldo Messi ilə rəqabəti haqqında da danışıb: “Leo ilə bizim mübarizəmiz hələ çox davam edəcək”.

 

Qeyd edək ki, son 10 ildə sözügedən mükafatı növbə ilə sadəcə Messi və Ronaldo qazanıb. 

0