[b]“Qarabağ” qış fasiləsinə 6 xallıq fərqlə yollandı - YENİLƏNİB[/b]
08.12.2017 - 20:56
[b]“Qarabağ” qış fasiləsinə 6 xallıq fərqlə yollandı - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın bu il keçirilən son qarşılaşmasında “Səbail” və “Qarabağ” üz-üzə gəlib.

 

IV turdan təxirə salınan qarşılaşma “Bayıl Arena”da baş tutub. 

 

Qış çempionluğunu vaxtından əvvəl təmin edən “Qarabağ” bu görüşdə də qalib gələrək, ardıcıl 6-cı qələbəsini qazanıb. Ağdam klubunun 2:0 hesablı üstünlüyü ilə yekunlaşan qarşılaşmada qollara Pedro Enrike və Dani Kintana imza atıblar. 

 

"Qarabağ" bu qələbə sayəsində Premyer Liqada qış fasiləsinə 6 xallıq fərqlə yollanıb. 

 

Qeyd edək ki, ölkə çempionatında XV turun oyunları 10-11 fevral tarixlərində keçiriləcək. 

 

Azərbaycan Premyer Liqası

IV turdan təxirə salınan oyun

8 dekabr (cümə)

 

“Səbail” – “Qarabağ” - 0:2

Qollar: Pedro Enrike, 57; Dani Kintana, 69 (p.)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Vüsal Əliyev
“Bayıl Arena”

 

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 18. Adrian Popoviçi, 23. Ayron Stati, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı,
98. Kamran Əliyev 
Baş məşqçi: Samir Əliyev

 

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 47. Əsgər Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 88. Elşən Abdullayev 
Baş məşqçi: Qurban Qurbanov

 

1.

Qarabağ

14

12

1

1

25-6

37

2.

Qəbələ

14

10

1

3

28-14

31

3.

Zirə

14

9

3

2

23-11

30

4.

Sumqayıt

14

6

2

6

17-17

20

5.

Neftçi

14

5

1

8

17-16

16

6

Səbail

14

4

1

9

9-21

13

7.

Keşlə

14

2

2

10

9-25

8

8.

Kəpəz

14

2

1

11

10-29

7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 9.

 

0