[b]“Azərreyl” “Maribor”a qalib gəldi[/b]
08.12.2017 - 10:19
[b]“Azərreyl” “Maribor”a qalib gəldi[/b]

“Azərreyl” klubu Sloveniyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın 1/16 final mərhələsi çərçivəsində Rumıniya “Ştiinta”sı ilə oynayacaq voleybolçularımız hazırlıq müddətində yoxlama matçı keçiriblər.

 

Famil Ağayevin rəhbərlik etdiyi komanda yerli “Maribor”la qarşılaşıb. Matç təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Dekabrın 5-dən Sloveniyada olan “dəmiryolçular” avrokubok matçına da burdan yollanacaq. Bakı klubu dekabrın 11-də Rumıniyaya getməyi planlaşdırır. Bunadək isə “Azərreyl” “Maribor”la daha bir yoxlama matçı keçirəcək.

 

Qeyd edək ki, “Ştiinta” – “Azərreyl” oyunu dekabrın 12-də olacaq. 

0