[b]Ansi Aqolli: Hamı bəxtimizin gətirmədiyini düşündü[/b]
08.12.2017 - 11:42
[b]Ansi Aqolli: Hamı bəxtimizin gətirmədiyini düşündü[/b]

“Beləliklə, bitdi. Bizim Çempionlar Liqası təcrübəmiz burda başa çatdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın müdafiəçisi Ansi Aqolliyə məxsusdu.

 

Veteran futbolçu şəxsi instaqram səhifəsi vasitəsilə komandasının Çempionlar Liqasındakı çıxışını dəyərləndirib. Albaniya millisinin kapitanı qrupda bəxtlərinin gətirmədiyi qənaətindədi.

 

Aqolli həm Azərbaycan, həm də ingilis dilində yazdığı statusda gələn mövsüm hədəflərinin yenidən Çempionlar Liqası olduğunu vurğulayıb: “Biz bu qrupda 2 xal qazandıq və hər kəs bəxtimizin gətirmədiyini düşündü. Ümumiyyətlə, Avropada “Qarabağ” və Azərbaycan səsləri eşitdik. Əminəm ki, hamınız bizimlə qürur duyursunuz. Stadionlardakı möhtəşəm atmosferə, bizə göstərdiyiniz səmimiyyətə və sevgiyə görə, bütün azarkeşlərimizə təşəkkür edirəm. Artıq Premyer Liqa barədə düşünürük. Çünki gələn mövsüm yenidən Çempionlar Liqasında oynamaq istəyirik. Hər zaman “QARABAĞ”.

 

Qeyd edək ki, Çempionlar Liqasının C qrupunda “Çelsi”, “Roma” və “Atletiko” ilə mübarizə aparan “Qarabağ” aktivinə 2 xal yazdıraraq, qrupda 4-cü yeri tutub.

0