[b]“Azəryol”un sabiq kapitanı soyundu - FOTOSESSİYA[/b]
08.12.2017 - 11:50
[b]“Azəryol”un sabiq kapitanı soyundu - FOTOSESSİYA[/b]

İlin sonu yaxınlaşdıqca voleybol klublarının diqqəti meydandan kamera önünə yönəlir. Apasport.az saytının məlumatına görə, oyunçuları soyundurub, yeni il üçün təqvim hazırlayan komanda rəhbərliyi bununla, həm büdcələrini zənginləşdirir, həm də voleybolçularını daha da məşhurlaşdırır.

 

2018-ci il üçün də artıq bu layihəyə başlanılıb. Almaniyanın “Dresdner” klubu növbəti dəfə azarkeşlərin ixtiyarına çılpaq şəkillərlə gəlib. 20-ci dəfə hazırlanan təqvim “2018 Bella Vista” adlanır və 25 avroya satılacaq.

 

Təqvimdə Azərbaycanda oynamış Marin Apitzin də çılpaq şəkilləri yer alıb. “Azəryol”un sabiq kapitanı bu addımı ilə azarkeşlərin rəğbətini də qazanıb.

 

Qeyd edək ki, Apitz 2016-cı ildə “Dresdner”ə məhz “Azəryol”dan yollanmışdı. 

 

 

0