ÇL perspektivi: Format dəyişikliyi nə vəd edir?

Avrokuboklarda 2017/18 mövsümü Azərbaycan üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, arxada qoyduğumuz bu mövsüm tarixi uğurla yadda qalıb.

 

Futbolumuz tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında Azərbaycan təmsilçisi də yer alıb. “Qarabağ”ın bu tarixi nailiyyəti futbolumuzda yeni səhifədi.

 

Amma klublarımızın qarşısında bu uğurun təsadüf olmadığını sübut etmək, ölkəmizi Çempionlar Liqasının əbədi sakininə çevirmək məsuliyyəti durur. Necə ki, bunu Avropa Liqasında gerçəkləşdirmişdik.

 

2012/13 mövsümündə qrupa düşən ilk komandamız kimi tarixə düşən “Neftçi”nin uğuru bir illik fasilədən sonra təkrarlansa da, ikinci dərəcəli turnirdə yerimiz möhkəmlənmişdi. Ardıcıl 5 turnirdən dördündə, üç müxtəlif klubumuz ümumilikdə 6 iştiraka imza atmışdı. 3 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ”, 1 dəfə “Neftçi”nin yer aldığı bu turnirin qrupunda Azərbaycanın təsadüfi qonaq olmadığı təsdiqlənmişdi.

 

İndi eyni təsdiqi daha güclü turnirdə - Çempionlar Liqasında gerçəkləşdirmək lazımdı. Ehtiyatda 1 oyunu və 3 xallıq üstünlüyü olan “Qarabağ” və ya izləyicilərinin çempionluğu bayram etməsindən asılı olmayaraq, qitənin ən nüfuzlu turnirindəki təmsilçimizi çətin, məsuliyyətli və eyni zamanda ölkənin şərəfi qorumaq kimi sınaq gözləyir.

 

Premyer Liqadakı duruma baxsaq, böyük ehtimalla “Qarabağ”ın, ya da “Qəbələ” ilə “Zirə”dən birinin bu vəzifənin öhdəsindən gəlməsinin çətin olacağı deyilir. Avrokuboklardakı format dəyişikliyindən sonra qrupun bizim üçün daha uzaq olduğu, çempionumuzun işinin ağırlaşacağı bildirilir.

 

Çempionlar Liqasının 2018/19 mövsümünün formatına nəzər salıb, ehtimal olunan rəqiblərin kimliyinə baxmaqla qrup perspektivinə müəyyən mənada aydınlıq gətirmək mümkündü.

 

Yeni mövsüm əvvəlki qaydada 32 komandanın qrupda mübarizəsi ilə təşkil olunacaq. Bu klublar da yenə üç yolla əsas raunda çıxacaq. Amma bu yollardakı bölgü dəyişdirilib.

 

Qrupa birbaşa yüksələn komandaların sayı 22-dən 26-ya çatdırılıb. Bununla da təsnifatdan gələnlərin sayı 10-dan 6-ya enib.

 

Əvvəl bu komandalardan 5-i Çempionlar, 5-i Qeyri çempionlar yolu ilə gəlirdi. İndi sonunculara cəmi 2, Azərbaycanın da təmsil olunduğu Çempionlar yoluna isə 4 vəsiqə veriləcək.

 

Bizə də məhz bu 4 vəsiqə uğrunda mübarizə maraqlıdı.

 

Çempionlar Liqası tarixində ilk dəfə yarış təsnifat mərhələləri deyil, ilkin mərhələ ilə başlayacaq. Avropanın ən zəif 4 çempionatının qalibi olimpiya sistemi, kobud dildə desək, yarımfinal və final oyunları ilə təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək.

 

İlkin mərhələ

Cəbəllütariq

Andorra

San-Marino

Kosovo

 

Zəiflərin ən xoşbəxti I təsnifat mərhələsindən mübarizəyə qatılacaq 33 komandaya qoşulacaq. Azərbaycan çempionu da artıq bu raundda oynamalı olacaq. Bu 33 komandadan 13-ü də artıq bəllidi. Burada Azərbaycan çempionuna başağrı ola biləcək “Astana” da, BATE də var, Danimarka, Şotlandiya, Kipr və İsrail təmsilçisi də. Lakin “Qarabağ”ın da, “Qəbələ”nin də UEFA reytinqi belə düşünməyə əsas verir ki, ilk raundda təmsilçimiz səpələnmiş olacaq və çətinliklə üzləşməyəcək.

 

I təsnifat mərhələsi

İlkin mərhələnin 1 qalibi

Danimarka

BATE (Belarus)

Polşa

“Malmö” (İsveç)

İsrail

Şotlandiya

Kipr

“Rusenborq” (Norveç)

Azərbaycan

Bolqarıstan

Serbiya

“Astana” (Qazaxıstan)

Sloveniya

Slovakiya

Macarıstan

“Şerif” (Moldova)

“Valyur” (İslandiya)

HİK (Finlandiya)

Albaniya

“Kork Siti” (İrlandiya)

Bosniya və Herseqovina

“Torpedo” (Gürcüstan)

“Spartak” (Latviya)

Makedoniya

“Flora” (Estoniya)

Monteneqro

Ermənistan

Lüksemburq

Şimali İrlandiya

“Suduva” (Litva)

Malta

Uels

“Vikinqur” (Farer adaları)

 

II təsnifat mərhələsi Azərbaycan klubu üçün ilk ciddi sınaq ola bilər. Çünki əvvəlki mərhələnin 17 qalibinə, daha 3 ölkənin çempionu qoşulacaq. Bu 20 kollektiv arasında səpələnmiş olmaq ehtimalı olsa da, bunun əksi də istisna deyil. Bir sözlə, artıq II təsnifat mərhələsində güclü və ya təxminən eynisəviyyəli rəqiblə duel mümkündü.

 

II təsnifat mərhələsi

I təsnifat mərhələsinin 17 qalibi

Avstriya

Xorvatiya

Rumıniya

 

III təsnifat mərhələsində cəmi 12 komanda oynayacaq. Əvvəlki raundun 10 xoşbəxtinə Hollandiya və Yunanıstan çempionları qoşulacaq. Təsəvvür edin ki, sonuncu iki ölkəni “Olimpiakos”, “Feyenoord”, “Ayaks” kimilər təmsil edəcək. Bu 12 klubun səbətlərə bölünməsində səpələnmək ümidləri çox aşağıdı. Təbii ki, bura qədər irəliləmək mümkün olsa.

 

III təsnifat mərhələsi

II təsnifat mərhələsinin 10 qalibi

Hollandiya

Yunanıstan

 

Pley-off kimi tanınan təsnifatın IV mərhələsində cəmi 4 cütlük olacaq. Bura əvvəlki raundun 6 qalibi və Çexiyayla İsveçrənin çempionları qoşulacaq. “Bazel”in gücünü, çexiyalıların bizim üçün əlverişsiz rəqib olduğunu nəzərə alsaq, bu raund əvvəlkilərdən də çətin olacaq. Bu mərhələdə kifayət qədər güclülərin toplaşacağını nəzərə alsaq, səpələnmişlər səbətinə düşmək heç real görünmür. Digər səbətdə olmaq güclü rəqib vəd edir. Amma yazılan tarixi davam etdirmək, qazanılan uğurun təsadüf olmamasını isbatlamaq üçün nə “Olimpiakos”dan, nə də “Bazel”dən çəkinməməliyik. Əgər ortabab imicini saxlamaq istəyiriksə, belələri ilə döyüşməyə hazır olmaq lazımdı.

 

Pley-off

III təsnifat mərhələsinin 6 qalibi

Çexiya

İsveçrə

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10