[b]UEFA açıqladı: “Real”ın futbolçusu qəsdən sarı vərəqə alıb[/b]
08.12.2017 - 14:32
[b]UEFA açıqladı: “Real”ın futbolçusu qəsdən sarı vərəqə alıb[/b]

“Real”ın müdafiəçisi Dani Karvahalın cəzası açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA ulduz futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

 

Buna səbəb sağ cinah oyunçusunun Çempionlar Liqasının qrup mərhələsinin V turunda APOEL-də (6:0) görüşdə sarı vərəqə almasıdı. Belə ki, qitə futbol qurumu Karvahalın cəzalı duruma düşmək üçün həmin qarşılaşmanın 90-cı dəqiqəsində qəsdən sarı vərəqə aldığı qənaətinə gəlib. Bu üzdən İspaniya millisinin üzvünün cəzası 1 yox, 2 oyunluq olub.

 

Bu isə o deməkdi ki, Dortmund “Borussiya”sı (3:2) ilə qrupun son matçını buraxan Karvahal 1/8 final mərhələsinin ilk görüşündə də komandasına kömək edə bilməyəcək.

0