[b]Əliyar Ağayev Maltaya gedəcək[/b]
08.12.2017 - 15:12
[b]Əliyar Ağayev Maltaya gedəcək[/b]

Elit və birinci kateqoriyalı FİFA referiləri üçün UEFA-nın seminarı keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2018-ci il yanvarın 28-də başlayacaq tədbir fevralın 1-dək davam edəcək.

 

Seminara azərbaycanlı FİFA referisi Əliyar Ağayev də qatılacaq. Onun iştirak edəcəyi kurslar Maltada təşkil olunacaq.

 

Mənbə: affa.az

0