[b]“Azərreyl” avrokubok üçün iştirak ərizəsini açıqladı[/b]
08.12.2017 - 18:19
[b]“Azərreyl” avrokubok üçün iştirak ərizəsini açıqladı[/b]

“Azərreyl” avrokubokun yeni mövsümü üçün daha 4 voleybolçunu sifariş edib. Apasport.az saytının məlumatına görə, bununla da “dəmiryolçular”ın “Çelenc Cup” üçün iştirak ərizəsində oyunçuların sayı 14-ə çatıb.

 

Yeni voleybolçulardan 3-ü “Azərreyl”in legionerləridi. Bunlar Anna Dovhopolyuk, Stetlana Dorsman (hər ikisi Ukrayna) və Maqdelana Qrikadı (Almaniya). Digər oyunçu isə “Abşeron”dan Viktoriya Ağakişiyevadı.

 

Beləliklə, komandanın sifariş vərəqəsi belədi:
 

Toppaylayıcılar: Maqdelana Qrika, Şəfaqət Həbibova, Kristina Yaqubova
Blokçular: Aynur Kərimova, Ayşən Abduləzimova, Stetlana Dorsman
Hücumçular: Yekaterina Jidkova, Kseniya Pavlenko, Nelli Salbişvili, Viktoriya Ağakişiyeva, Anna Dovhopolyuk

Liberolar: Valeriya Məmmədova, Ceyran Əliyeva, Nərmin Fərəcova

 

Qeyd edək ki, “Azərreyl” “Çelenc Cup”ın 1/16 final mərhələsində Rumıniya “Ştiinta”sı ilə oynayacaq. İlk matç dekabrın 12-də olacaq. 

0