[b]“Çelsi” yamaykalı futbolçuya göz dikib[/b]
08.12.2017 - 19:00
[b]“Çelsi” yamaykalı futbolçuya göz dikib[/b]

“Çelsi” qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar” yanvarda bir neçə mövqeni gücləndirmək barədə fikirləşir.

 

London təmsilçisinin yarımmüdafiə xətti üçün düşündüyü futbolçu “Bayer”li Leon Beylidi. Premyer Liqa klubu yamaykalı hücumameyilli oyunçunun keçidi üçün almanlarla danışığa başlayıb. “Çelsi” 20 yaşlı futbolçunun transferi qarşılığında leverkuzenlilərə 20 milyon funt-sterlinq təklif edib.

 

Qeyd edək ki, Leon Beyli “Bayer”ə bu il “Genk”dən keçib.

0