[b]Silva derbidə iştirak edəcəkmi?[/b]
08.12.2017 - 22:39
[b]Silva derbidə iştirak edəcəkmi?[/b]

"Mançester Siti"nin futbolçusu David Silvanın İngiltərə Premyer Liqasının XVI turunda "Mançester Yunayted"lə matçda iştirak edib-etməyəcəyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi derbidə meydana çıxa biləcək.

 

Bu barədə oyunöncəsi mətbuat konfransında "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola məlumat verib. O, Silvanın zədəsini tam sağaltdığını bildirib.

 

Təcrübəli yarımmüdafiəçi bu gün kollektivlə məşqdə iştirak edib.

 

Qeyd edək ki, dekabrın 10-da "Old Trafford"da keçiriləcək Mançester derbisi Bakı vaxtı ilə 20:30-da start götürəcək.  

0