[b]Fatih Terimin bosniyalılara cavabı nə oldu?[/b]
09.12.2017 - 11:06
[b]Fatih Terimin bosniyalılara cavabı nə oldu?[/b]

Fatih Terim Bosniya və Herseqovina millisinin “sükanı arxası”na keçməyəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

 

Bildirilir ki, türkiyəli mütəxəssis federasiya rəsmilərinin təklifinə mədəni şəkildə “yox” cavabını verib. Buna səbəb kimi isə onun tezliklə “Qalatasaray”ın baş məşqçisi postuna keçəcəyi göstərilib. Belə ki, “cim-bom”un hazırkı çalışdırıcısı İqor Tudorla rəhbərlik dil tapmadığı üçün yaxın günlərdə onu Terimin əvəzləməsi gözlənilir.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna namizədlərdən biri də Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçkidi.

0