[b]Keyhill “Beşiktaş”ı yox, PSJ-ni arzulayır[/b]
09.12.2017 - 13:30
[b]Keyhill “Beşiktaş”ı yox, PSJ-ni arzulayır[/b]

“Çelsi”nin kapitanı Qari Keyhill Çempionlar Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri barədə danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Beşiktaş”la qarşılaşmaq istəmədiyini bildirib.

 

Keyhill digər potensial rəqiblər PSJ və ya “Barselona”nı arzulayır: “Komanda yoldaşlarım və baş məşqçimiz püşkatmada bəxtimizə “Beşiktaş”ın düşməsini istəyir. Ancaq mən “Barselona” və ya PSJ-ni seçərdim. Bu 3 komandadan biri ilə düşəcəyik. İrəliləmək istəyiriksə, bu yolda “Barselona” və ya PSJ ilə qarşılaşacağıq. İndi və ya sonra düşməyin bir fərqi yoxdu. “Beşiktaş” da olduqca təhlükəli rəqibdi. Qrupu lider kimi başa vurublar. Başımızda bəzi planlar var, amma mərhələni keçməsək, bunların bir mənası qalmayacaq. “Beşiktaş”ın əla azarkeş dəstəyi var. Digər tərəfdən, bu mərhələyə yüksələn komandaların hamısı olduqca güclüdü”.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması dekabrın 11-də keçiriləcək.

0