[b]"Keşlə" iki, "Zirə" tək qola sevindi - YENİLƏNİB[/b]
10.12.2017 - 17:54
[b]"Keşlə" iki, "Zirə" tək qola sevindi - YENİLƏNİB[/b]

Ölkə kubokunun 1/4 final mərhələsinin oyunları ilə Azərbaycanda futbol ilinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bu gün bu mərhələdə mübarizəyə start verilib.

 

İlk olaraq, Premyer Liqanın autsayderləri “Keşlə” ilə “Kəpəz” üz-üzə gəliblər. Mövsümün gedişində baş məşqçisini dəyişən və çempionatda işləri yolunda getməyən komandaların mübarizəsində meydan sahibləri üstün olublar. Ramiz Məmmədovun komandası ilk hissədə vurduğu iki qolla cavab oyunu öncəsi vəziyyətini yaxşılaşdırıb. 

 

Mərhələnin ən maraqlı cütlüyü 16:00-da ilk duelinə çıxıb. Premyer Liqada ilk “3-cük”də qərarlaşan “Zirə”dən fərqli, “Neftçi” üçün kubokda sona qədər irəliləmək daha önəmlidi. Bununla belə, "ağ-qaralar" səfərdən məğlubiyyətlə dönüblər. Tərlan Əhmədovun yetirmələri 86-cı dəqiqədə David Manqanın uzaq məsafədən vurduğu gözəl qolla ilk oyunu məğlub başa vurub.

 

Azərbaycan kuboku

1/4 final mərhələsi, ilk oyunlar

10 dekabr (bazar)

 

“Zirə” – “Neftçi” - 1:0

Qol: Manqa, 86

 

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara
8. Milan Duriç, 13. Aleksandr Şemonayev, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. David Manqa, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 17.Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 88. Milad Bayramov, 99. Nicat Qurbanov 
Baş məşqçi:  Ayxan Abbasov

 

“Neftçi”: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 8. Emin Mahmudov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli , 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 3. Mateo Mujek, 26. Ömər Buludov, 23. Tərzin Cahangirov, 20. Elnur Süleymanov, 16. Pavel Dreksa, 11. İqnasio Herrera, 9. Uqo Barqas
Baş məşqçi: Tərlan Əhmədov

 

 

“Keşlə” – “Kəpəz” - 2:0

Qollar: Pərdis Fərcad-Azad, 18, Rafael Məhərrəmli, 40

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
“İnter Arena”

 

“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 56. Urfan İsmayılov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 81. Elvin Cəfərquliyev, 99. Ricat Qarayev
Baş məşqçi: Ramiz Məmmədov

 

“Kəpəz”: 1.Davud Kərimi, 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev , 3. Dedimar Fereyra, 13.Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 7. Sergey Çernişev, 10. Tural Rzayev, 9. İlkin Sadıqov
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 21. Novruz Məmmədov, 11. Kamran Abdullazadə, 24. Məhəmməd Qurbanov, 19. Aydın Qasımov, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov
Baş məşqçi: Yunis Hüseynov

 

0