[b]Rauf Əliyev komandasına kömək edə bilmədi[/b]
10.12.2017 - 00:40
[b]Rauf Əliyev komandasına kömək edə bilmədi[/b]

Albaniya Super Liqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Luşnya”nı qəbul edib. Görüş qonların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Rauf matça start heyətində başlayıb.

 

Qeyd edək ki, 14 oyundan sonra aktivində 22 xal olan “Kukesi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

0