[b]Dünya Çempionatı: “Real” da mübarizəyə qoşuldu[/b]
10.12.2017 - 15:08
[b]Dünya Çempionatı: “Real” da mübarizəyə qoşuldu[/b]

Klublararası dünya çempionatında yarımfinal cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçirilən mundialda meydan sahibi “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları çıxış edir.

 

İlk mərhələ oyununda “Əl Cəzirə” Yeni Zelandiya təmsilçisi “Okland Siti”dən üstün olub – 1:0.

 

Ərəblər 1/4 finalda da tək qola seviniblər. Budəfəki “qurban” Yaponiya “Red Daymonds”u olub. Digər 1/4 final oyununda isə “Paçuka” (Meksika) “Vidad Kasablanka”nı (Mərakeş) məyus edib – 1:0.

 

Yarımfinal mərhələsindən etibarən isə mübarizəyə “Real” və “Qremio” da qoşulub.

 

Beləliklə dünya çempionatının yarımfinalında aşağıdakı komandalar üz-üzə gələcəklər.

 

Yarımfinal

12 dekabr

21:00. “Qremio” (Braziliya) – “Paçuka” (Meksika)

 

13 dekabr

21:00. “Əl Cəzirə” (BƏƏ) – “Real” (İspaniya)

0