“Nostradamus deyilik” – Ramiz Məmmədov

“Uşaqlar bacarıqlarını etdilər. Kasad heyətlə oynayırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Kəpəz”i qəbul edən paytaxt klubu 2:0 hesabı ilə qalib gəlib.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Məmmədov bunları deyib: “Uşaqlar bu gün yaxşı nəticə qazanmalı olduğumuzu dərk edirdilər. Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadı. Bu mənada, futbolçuları xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını saxladılar”.

 

- Düşünmürsüz ki, bu dəyişikliklər ilk gəldiyiniz vaxtlar edilməliydi?

- Biz nostradamus deyilik. Həyatın nəbzini tutub, gedirik. Birdən-birə həmin dəyişiklikləri etmək çətindi. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdilər. Əvəzedici heyətdən gələn uşaqlar hazır olduqlarını bizə göstərirlər. Kim oynayırsa, meydan onundu.

 

- Demək olarmı ki, komandadan artıq futbolçular təmizləndi?

- Geriyə qayıtmaq istəmirəm. Mən optimist insanam. İrəliyə baxmaq lazımdı. Komanda öz oyununu yavaş-yavaş tutmaq üzrədi. Futbolçularda özünəinam hissi qayıdıb. Biz məşqçi olaraq boşluqları görürük və onları aradan qaldırmağa çalışırıq. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10