[b]“Onu tanımaq olmur” – Tərlan Əhmədov[/b]
10.12.2017 - 18:23
[b]“Onu tanımaq olmur” – Tərlan Əhmədov[/b]

“Kubok oyunu iki matçdan ibarətdi. Bəzən belə matçlarda bir qol hər şeyi həll edir. 90 dəqiqə oyuna nəzarət etdik. Lakin qol çatışmadı. Rəqib bir qol vurdu və qalib gəldi. Yaxşı oynadıq. İnşallah, cütün taleyi bizim meydançada həll olunacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Zirə” ilə qarşılaşan “ağ-qaralar” 0:1 hesablı məğlubiyyətə üzülüb.

 

Matçdan sonra mətbuat konfransında Əhmədov oyunla bağlı sualları cavablandırıb.

 

- “Neftçinin start heyətində cəmi bir legioner var idi. Bu, nə ilə bağlıdı?

- Bu gün yerli oyunçular legionerlərdən heç də geri qalmadılar. Həm də, Barqas son oyunlarda çox aşağı səviyyədə çıxış etdi. Əksinə, Mirabdulla Abbasov son oyunlarda yaxşı təsir bağışlayırdı. O ki qaldı Herreraya, onun “Qarabağ”la oyundan sonra zədəsi var idi. Yeni sağalmışdı. Bu gün ümumiyyətlə, yerli oyunçular legionerlərdən heç bir məqamda geri qalmadılar.

 

- Belə başa düşdük ki, legionerlərdən narazısız. Demək olar ki, qışda ciddi dəyişikliklər olacaq?

- Xeyr. Ciddi dəyişiklik olmayacaq. Bəli, legionerlərdən gedənlər olacaq. Lakin bu, geniş formada olmayacaq. Bir dəfə AZAL-da belə etdik, 16 futbolçu gətirdik və sonda bunun acısını çəkdik. Buna görə, qışda ciddi dəyişiklər gözlənilmir.

 

- Komanda “Zirə”yə qalib gələ bilmir. Bu, futbolçular üzərində təzyiq yaratmamışdı ki?

- Bəli, hər bir komanda üçün arzuolunmaz rəqib olur. “Zirə” də bizim üçün arzuolunmaz rəqibdi. Ancaq cüt iki oyundan ibarətdi. Rəqib bu gün gözlədiyimiz kimi, əks-hücumdan oynadı. Bizdə isə sadəcə, qol çatışmadı.

 

- Bu hesabdan sonra şansları neçə faiz dəyərləndirirsiz?

- Hər şeyə cavab oyununda aydınlıq gələcək.

 

- Bu gün “Neftçi” üstün olsa da, oyunun taleyini fərdi ustalıq səviyyəsi həll etdi. Lakin sizin komandada oyunu öz üzərinə götürəcək futbolçu yoxdu. Bu barədə rəhbərliklə danışacaqsız?

- Bəli, bizdə bu cür futbolçu yoxdu. Bu barədə “Qəbələ” ilə oyundan sonra da demişdim. Rəhbərliklə danışmışam. Qışda “Neftçi”nin oyununu gücləndrəcək futbolçu cəlb etmək istəyirik.

 

- Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiz?

- Son vaxtlar onda geriləmə var. Potensialı çox-çox artığına imkan verir. “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur. Bir qədər qapalı insandı. Danışıb müəyyənləşdirə də bilməmişik. Bəlkə də, ailəsində nə isə problem var. Çalışacağıq onunla danışıb, bu problemi həll edək.

0