SİZİN REKLAM BURADA

Rəşad Sadiqov: Bu haqda danışmamağı məsləhət görüblər – MÜSAHİBƏ

Ölkə Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə” ilə qarşılaşan və məğlub olan “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Hesabı sona qədər niyə qoruya bilmədiniz?

- “Zirə” aqressiv oyuna üstünlük verən komandadı və çempionatda ikinci – üçüncü pillələr uğrunda yarışır. Kubok oyununda da uğur qazanmaq istəyirlər. Biz bu gün meydana bir legionerlə çıxmışdıq. Oyunçumuz az idi.

 

- Bir legionerlə başlamanızın xüsusi səbəbi varmı?

- Əksəriyyəti zədəli idi, məşq etməyənləri də var idi. Baş məşqçi bunu nəzərə alıb, meydana belə heyət buraxdı. Bu itkilərə baxmayaraq, normal nəticə ilə dönə bilərdik. Çalışacağıq ki, ikinci oyunda bunun əvəzini çıxaq və mərhələni biz adlayaq.

 

- Müdafiə xəttində yer almağınız taktiki dəyişiklik idi?

- Xeyr, Kirill Petrov dizindən əməliyyat olunub. Buna görə də məcburiyyətdən müdafiədə çıxış etdim. Həmin mövqedə oynamaq mənə çətinlik yaratmadı.

 

- Bu nəticə cavab oyunu üçün hansı fikir formalaşdırır?

- Çox pis nəticədi bizim üçün. Qol vurmadan məğlub olduq. Ancaq şansımız bitməyib, əlimizdən gələni edəcəyik ki, cavab oyununda hər şey lehimizə işləsin. Başqa variantımız da yoxdu. Avropa Liqasına gedən ən qısa yol kuboku qazanmaqdan keçir.

 

- Amma “Zirə” də “Neftçi” üçün uğursuz rəqibdi…

- Bu da düzdü. Bu formanı daşıyırıqsa, deməli, haqqını verməliyik, uğur qazanmalıyıq.

 

- Son günlərdə danışılmış oyunlarla bağlı yayılan xəbərlər futbolçulara necə təsir edir?

- Bu haqda danışmamağı məsləhət biliblər. Kiminsə haqqında danışmasaq yaxşıdı. Kim nə edir, özünə edir, cavabını alacaq. Oyun alqı-satqısı ilə məşğul olanın cəzasını Allah verəcək.

 

- Danışmasanız da, mətbuatı izləyirsiniz və “Neftçi”nin də məşqçisi buna görə ömürlük futboldan kənarlaşdırıldı…

- İstər-istəməz təsir edir. “Bobo”nun məsələsi “İnter”in vaxtında olub. Müsahibəsində də deyib ki, pul qoyuluşu etməmişəm. Yəni özləri hər şeyi danışırlar.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10