[b]Təmkin Xəlilzadə: Qələbəyə gedən hər yolu sınadıq[/b]
10.12.2017 - 23:00
[b]Təmkin Xəlilzadə: Qələbəyə gedən hər yolu sınadıq[/b]

Xüsusilə, cari mövsümdə göstərdiyi oyunla komandasının liderinə çevrilən Təmkin Xəlilzadə ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Neftçi” üzərindəki qələbədən sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qalib gəldiyiniz oyunla bağlı fikrinizi bilmək istərdik…

- Bu cür gərginliyin olacağını gözləyirdik. Buna görə də yaxşı hazırlaşmışdıq. “Neftçi” çətin rəqiblərdəndi. Çünki komandanın yaxşı baş məşqçisi, kollektivi var. Onlar da bizim kimi ölkə kubokunu qazanmağa üstünlük verirlər. Avropa Liqasına vəsiqə qazanmağın qısa yolu kuboka sahib çıxmaqdı. Həm də kubok oyunları çempionat matçlarından fərqlidi. Burda bir rəqiblə 2 dəfə qarşılaşırsan. Biz də səbrlə oyunumuz oynadıq, lazım olan qolu vurduq. İndi isə tamaşanın ikinci hissəsini gözləyirik.

 

- Doğma meydanda qazanılan minimalhesablı qələbə cavab oyunu üçün yetərli olacaqmı?

- Pis nəticə deyil. Doğma meydanda qol buraxmamağımız bizim üçün üstünlük oldu. Mərhələni rəqib də, biz də keçə bilərik. Vacib olan öz meydanımızda qol buraxmamaq idi.

 

- “Zirə” çempionatda “Neftçi”yə məğlub olmayıb, amma ötən il ölkə kubokunda “ağ-qaralar” üstün olub. Bu vəziyyətin təkrarlanacağından ehtiyat etmirsiz?

- Belə bir hadisə baş verib. Onlar çempionatda bizi uda bilməsələr də, ölkə kubokunda mənzərə fərqlidi. Ancaq bu dəfə kubokda da tilsimi qıracağımıza və mərhələ adlayacağımıza inanıram. Şanslar 50/50-yədi. Hər iki komandanı çətin cavab oyunu gözləyir.

 

- Kubokdan avrokuboklara yol qısadı, amma asan deyil. Hər növbəti rəqib əvvəlkindən daha çətin olur…

- Çempionat uzub marafondu, bütün rəqiblərlə oynayırsan və suallara sonda aydınlıq gətirilir. Ancaq kubokda hər mərhələdən sonra rəqiblərinin sayı azalır. Ona görə də şansımızı əldən vermək istəmirik.

 

- Bu gün sanki aqressiv idin. Səbəbini izah edə bilərsinizmi?

- Aqressiv deməzdim, qələbəyə gedən hər yolu sınadıq. Bu istəkdən irəli gəlirdi. Heç kimlə qəsdi-qərəzliyim olmur.  

 

0