[b]"Qarabağ"dan əzmkar, "Qəbələ"dən minimalhesablı qələbə - YENİLƏNİB[/b]
11.12.2017 - 20:55
[b]"Qarabağ"dan əzmkar, "Qəbələ"dən minimalhesablı qələbə - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt” və “Səbail” növbəti oyunlarına çıxıblar.

 

Son finalçı “Qəbələ” yarımfinala adlamaq yolunda ilk olaraq doğma meydanda "Səbail"ə qalib gəlib. Matçın taleyini bir qol həll edib. Stiven Monroz ikinci hissədə fərqlənərək komandasına cavab oyunundan öncə üstünlük qazandırıb. 

 

Ölkə kubokunun son qalibi “Qarabağ” isə ardıcıl 3-cü dəfə bu mərhələdə “Sumqayıt”la üz-üzə gəlib. Qarşılaşmada hesabı Samir Abasovun yetirmələri açıblar. Yakub Jezniçakın səhvindən sonra topu ələ keçirən Rəşad Eyyubov gözəl qola imza atıb. İlk hissə bu hesabla yekunlaşsa da, ikinci hissədə vəziyyət dəyişib. Əvvəlcə 58-ci dəqiqədə Riçard Almeyda fərqlənərək hesabı bərabərləşdirib.

 

Sona yaxınlaşdıqca matçda gərginlik artıb. 86-cı dəqiqədə Abbas Hüseynovun sağ cinahdan asmasını Pedro başla tamamlayıb. Bundan iki dəqiqə sonra braziliyalı qapıçı ilə təkbətəkə çıxsa da, Fərhad Vəliyev onu cərimə meydançasından kənarda kobudluqla dayandırmalı olub. Baş hakim Vəliyevin hərəkətini "qırmızı" ilə cazalandırsa da, "Qarabağ" qalan dəqiqələrdə rəqibin azlığından yararlana bilməyib.

 

 

 

 

Azərbaycan kuboku

1/4 final mərhələsi, ilk oyunlar

11 dekabr (bazar ertəsi)

 

“Qarabağ” – “Sumqayıt” - 2:1

Qırmızı vərəqə: Vərhad Vəliyev, 88 ("Sumqayıt")

Qollar: Riçard Almeyda, 58, Pedro Enrike, 86 - Rəşad Eyyubov, 24

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov 
“Azersun Arena”

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda (k), 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 18. Tarik Elyunussi, 14. Famil Camalov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 13. Bəhlul Mustafazadə, 20. Səbuhi Abdullazadə, 28. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

 

 

“Qəbələ” – “Səbail” - 1:0

Qol: Stiven Monroz, 59
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk

 

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev 
Baş məşqçi: Samir Əliyev

 

0