[b]“Qəbələ” Premyer Liqanın ilk yarısında - rəqəmlər, faktlar, nəticələr[/b]
11.12.2017 - 00:07
[b]“Qəbələ” Premyer Liqanın ilk yarısında - rəqəmlər, faktlar, nəticələr[/b]

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə ötən mövsümdə olduğu kimi 2-ci pillədə yollanıb.

 

Keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 3 dəfə məğlub olub. İlk oyununu avqustun 12-də keçirib, 114 günlük mübarizədən sonra hesabında 1 il əvvəlki qədər 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik: 

 

- “Qəbələ” ardıcıl 2-ci mövsümdə ilk yarıda ən çox qol vuran komanda olub – 28 top. Komandanın orta məhsuldarlığı 2,00-dır.

 

- 14 matçda 14 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 3-cüdür. Komanda hər oyunda orta hesabla 1,00 qola üzülüb. 

 

- Öz meydanında – 7 matç keçirən “Qəbələ” 16 xal toplayıb.

 

- Evdə “qırmızı-qaralar” 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzublar. Komanda 11 top vurub, 5-ni buraxıb.

 

- 7 səfər matçında 15 xal toplayan “Qəbələ” çempionatda ən yaxşı göstəriciyə malikdir. 5 qələbə qazanıb, 2 dəfə uduzan “qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 19 top. Komanda səfərdə 9 dəfə topu qapısında görüb.

 

- “Qəbələ” hamıdan çox – 14 oyundan 13-də qol vuran 2 komandadan biridir. “Qırmızı-qaralar” yalnız “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğu ev matçında fərqlənə bilməyib.

 

- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:1 - 4 dəfə, 1:0 – 3 dəfə, 3:1 – 2 dəfə, 1:1, 2:0, 3:0, 3:2, 6:1 - hərəsi 1 dəfə.

 

- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 2 böyükhesablı qələbə qazanıb.

 

- “Kəpəz” üzərindəki 6:1 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.

 

- “Qəbələ” ilk yarıda bir əzmkar qələbə əldə edib. “Neftçi” ilə matçda hesabda geri olan komanda 3 xal əldə edə bilib.

 

- İlk 14 turda “Qəbələ”li futbolçular poker və het-trikə imza atmasa da, 5 dubl qeydə alınıb. Baqali Dabo mövsümdə hamıdan çox – 3 dəfə bunu bacarıbsa, Filip Ozobiç və Famussa Kone hərəyə 1 qarşılaşmada 2 qol vurublar.

 

- Baqali Dabo son 4 turda meydanı qolsuz tərk etməyib. Bu, həm mövsümün, həm də klub tarixinin ən qollu seriyasıdır. Dabo 4 görüşdə 6 dəfə fərqlənib.

 

- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 2 kapitan çıxarıb. Cavid Hüseynov 9, Ürfan Abbasov 5 dəfə meydana kapitan sarğısında çıxıb.

 

- “Qəbələ”nin 14 matçını 5 hakim idarə edib. Ömər Paşayev 4, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 3, Əliyar Ağayevlə İnqilab Məmmədov 2 matçda fit çalıb.

 

- I hissədə daha yaxşı oynayan komanda 15 qol vurub, 3-nü buraxıb. Fasilədən sonra isə top fərqi 13-11-dir.

 

- “Qırmızı-qaralar” 7 ev oyununun hamısını Qəbələ şəhər stadionunda keçirib. 

 

- Komandanın 7 ev matçını 9675 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1382 seyrçi olub.

 

- “Qarabağ”la ev oyununu daha çox – 3000, “Kəpəz”lə görüşü ən az – 175 tamaşaçı izləyib. 

 

Bütün oyunlar

 

12.08.2017. İnter - Qəbələ - 1:2

Pərdis Fərcad-Azad, 71 // Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)

 

20.08.2017. Qəbələ - Sumqayıt - 1:0

Tellur Mütəllimov, 40

 

26.08.2017. Qarabağ - Qəbələ - 2:1

Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69

 

09.09.2017. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1 (p.) // Viktor İqbekoyi, 74

 

17.09.2017. Səbail - Qəbələ - 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

 

24.09.2017. Qəbələ - Neftçi - 2:1

Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48 

 

29.09.2017. Qəbələ - Kəpəz - 0:2

Kərim Diniyev, 48; İlkin Sadıqov, 56 

 

14.10.2017. Sumqayıt - Qəbələ - 0:1

Famoussa Kone, 29

 

22.10.2017. Qəbələ - Qarabağ - 1:0

Asif Məmmədov, 8

 

28.10.2017. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19 (p.); Sadio Tounkara, 38 // Famussa  Kone, 72

 

04.11.2017. Qəbələ - Səbail - 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

 

19.11.2017. Neftçi - Qəbələ - 2:3

Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz,

80

25.11.2017. Kəpəz - Qəbələ - 1:6

 

Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14;  Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65

 

03.12.2017. Qəbələ - Keşlə - 3:0

Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56

 

Qeyd: Çempionatın gedişində “İnter” adını dəyişərək “Keşlə” olub.

 

- İlk iki dövrədə “Qəbələ”nin formasını 22 futbolçu geyinib. 

 

- İki oyunçu – Dmitri Bezotosnı və Baqali Dabo çempionatın bütün qarşılaşmalarında iştirak edib.

 

- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.

 

- 22 futbolçudan 13-ü oyunların yarıdan çoxunda – 8 və daha çox matçda iştirak edib.

 

- “Qəbələ”nin ən yaxşı bombardiri Baqali Dabodur. 9 qol vuran futbolçu ardıcıl 2-ci mövsüm qış fasiləsinə Azərbaycan Premyer Liqasının ən məhsuldar oyunçusu kimi yollanır. O, ötən il komanda yoldaşı Filip Ozobiçlə şərikli lider idi.

 

- Ümumilikdə “qırmızı-qaralar”ın 9 futbolçusu qol sevinci yaşayıb.

 

- Dabodan başqa, Famussa Kone 5, Stiven Monroz 4, Filip Ozobiç 3, Ruslan Qurbanovla Asif Məmmədov hərəyə 2, Cavid Hüseynov, Elvin Məmmədov və Tellur Mütəllimov hərəyə 1 dəfə rəqib qapısına yol tapıblar.

 

- “Qəbələ”nin qapısına 2 penalti təyin olunub. Dmirti Bezotosnı hər iki zərbəni qapısından buraxıb.

 

- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov dəqiq olub.

 

- Mövsümün arxada qalan hissəsində “Qəbələ”li futbolçular 30 vərəqə alıb. Bunlardan 28-i sarı, 2-si qırmızı olub. Hər iki qırmızı vərəqə birbaşa göstərilib.

 

- Meydandan kənarlaşdırılan oyunçular Cavid Hüseynovla Stiven Monroz olublar.

 

- Digər 28 vərəqə 16 futbolçuya göstərilib. Elvin Məmmədov, Endi Hallidey və Ürfan Abbasov hamıdan çox – hərəyə 3 xəbərdarlıq alıb.

- 14 matçdan 10-da qol buraxan Dmitri Bezotosnı 4 “quru” oyun keçirib. Ukraynalı qapıçı V-VI turlarda ardıcıl 2 matçda qapısını toxunulmaz saxlayıb.

 

Bütün futbolçular

 

Futbolçular

oyun

dəqiqə

qol (pen.)

sarı

qırmızı

Dmitri Bezotosnı

14

1260

-14 (2)

1

0

Baqali Dabo

14

1041

9

0

0

Ürfan Abbasov

13

1170

0

3

0

Vojislav Stankoviç

13

1114

0

2

0

Qismət Alıyev

13

1071

0

2

0

Asif Məmmədov

13

832

2

2

0

Stiven Monroz

11

763

4

2

1

Elvin Camalov

11

615

0

2

0

Vitali Vernidub

10

844

0

2

0

Dion Malone

10

709

0

1

0

Ruslan Qurbanov

10

538

2 (1)

1

0

Cavid Hüseynov

9

739

1 (1)

2

1

Famussa Kone

9

525

5

1

0

Tellur Mütəllimov

7

548

1

0

0

Filip Ozobiç

6

397

3 (1)

1

0

Elvin Məmmədov

6

384

1

3

0

Ekiqo Ehiosun

6

279

0

2

0

Deyv Bultuis

4

248

0

0

0

Roman Hüseynov

4

190

0

0

0

İlqar Qurbanov

4

159

0

0

0

Endi Hallidey

3

242

0

3

0

Rasim Ramaldanov

3

145

0

0

0

0