[b]Pavel Paşayev "Dinamo"ya qarşı “fərqləndi”[/b]
11.12.2017 - 01:33
[b]Pavel Paşayev "Dinamo"ya qarşı “fərqləndi”[/b]

Ukrayna Premyer Liqasına XIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti oyununu keçirib.

 

Sözügedən komanda Kiyev “Dinamo”sunu qəbul edib. Matçda hesab açılmayıb.

 

Qarşılaşmaya start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub. O, 83-cü dəqiqədə “fərqlənməyə” də imkan tapıb. Rəqibinə qarşı kobud oynayan milli üzvü sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, geridə qalan 19 oyundan sonra aktivində 19 xal olan “Aleksandriya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0